Bir neçə stansiya yenidən bağlanacaq

Bakı Metropoliteni əhalini xəbərdar edib
Bir neçə stansiya yenidən bağlanacaq

Tikinti işlərinin aparılması ilə əlaqədar Bakı Metropoliteninin müvəqqəti bağlanmış 5 stansıyası ("20 Yanvar", "Memar Əcəmi", "Nəsimi", "Azadlıq prospekti" və "Dərnəgül" ) bu gün səhər açılıb və sərnişinlərin hərəkəti təmin edilib. Bu barədə Bakı Metropoliteninindən məlumat verilib.

Məlumata görə, "Avtovağzal" stansıyasının və "Memar Əcəmi"nin 2-ci çıxışının inşası ilə əlaqədar "20 Yanvar", "Memar Əcəmi", "Nəsimi", "Azadlıq prospekti" və "Dərnəgül" stansiyalarının fəaliyyəti ikinci dəfə də bir neçə günlüyə dayandırılacaq. Bununla bağlı yaxın günlərdə elan veriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə