Bakı-Böyük Kəsik istiqamətində 317 km yolun əsaslı təmiri davam edir
"Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı"nın icrası çərçivəsində Bakı-Böyük Kəsik istiqamətində 317 km yolun əsaslı təmiri davam edir. "Azərbaycan Dəmir Üolları" Qaralı Səhmdar Cəmiyyətinin mətbuat katibliyinin rəisi Nadir Əzməmmədovun SİA-ya verdiyi məlumata görə, Yevlax-Mingəçevir mənzilində 2553 metr yolun əsaslı təmirinə start verilib. Artıq cəhər saatlarında köhnə yolun söküntüsünə başlanılıb. Təmir işləri üç gün davam edəcək və bununla da ilk 100 km yolun əsaslı təmiri başa çatacaq.
Qeyd edək ki, Dövlət Proqramı çərçivəsində əsaslı təmir işlərinə 10 iyun 2011-ci ildə Tatlı-Ağstafa sahəsinin 97-ci kilometrində start verilib. İnfrastruktur Departamenti tərəfindən Bakı-Böyük Kəsik-Bakı istiqamətində əsaslı təmir olunması nəzərdə tutulan kilometrlərin təmir ardıcıllığı siyahısı hazırlanıb və işlər bu ardıcıllığa uyğun həyata keçirilir.
Əsaslı təmir işlərini "Azərbaycan Dəmir Yolları" QSC "Dəmiryolservis" MMC-nin müəssisəsləri və İnfrastruktur Departamentinin müvafiq qurumları həyata keçirir. Yolların əsaslı təmiri prosesini Çexiyanın "İxrac" Bankının nəzarət qrupu müşahidə edir. Təmir işləri başa çatandan sonra bu yollarda qatarların hərəkət sürətini artırmaq mümkün olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB