2012-ci il dövlət büdcəsinin artırılması üçün sənəd Milli Məclisə təqdim olunub. Milli Məclisin iqtisadi-siyasət komitəsinin üzvü Vahid Əhmədovun SİA-verdiyi məlumta görə, büdcə mayın 26-da iqtisadi siyasət komitəsinin müzakirəsinə çaxarılacaq.
Qeyd edək ki, dövlət büdcəsinin xərcləri 600 milyon, gəlirləri isə 700 mln manat artırılacaq. Vahid Əhmədovun sözlərinə görə, artıma səbəb ölkənin şimal-qərb bölgəsində baş vermiş zəlzələ nəticəsində Zaqatala, Qax, Balakən və Şəki rayonlarının əhalisinə və sosial-iqtisadi infrastrukturlarına dəymiş ziyanın, 2010-cu ildə Kür və Araz çaylarının Sabirabad və Salyan rayonlarının ərazisində yaratdığı irimiqyaslı fəlakətin nəticələrinin aradan qaldırılması ilə bağlı işlərin başa çatdırılması, cari ildə ölkənin bəzi rayon və şəhərlərinin ərazisində normadan artıq yağan leysan yağışlarının, sel və daşqınların törətdiyi fəsadların aradan qaldırılması, ölkədə ehtimal olunan təbii fəlakət və fövqəladə halların qarşısının alınması və qabaqlayıcı tədbirlərin görülməsi məqsədi ilə xüsusi təyinatlı maşın və avadanlıqların alınması, Bakı şəhərinin bir sıra ərazilərində müəyyən edilmiş sürüşmə zonalarında müvafiq tədbirlərin görülməsi üçün əlavə maliyyə təminatının yaradılması olub.
Bundan başqa millət vəkili bildirdi ki, artımın digər səbəbi "Avroviziya" mahnı müsabiqəsində xərclənən vəsaitdir.Vahid Əhmədovun sözlərinə görə, büdcədə nəzərdə tutulan artım qeyd olunanlardan başqa heç bir sahəyə şamil edilməyəcək. Dövlət büdcəsinə əlavə daxilolmaların iqtisadiyyatın neft və qeyri neft sektoru üzrə əlavə vergi daxilolmaları hesabına təmin edilməsi nəzərdə tutulub.
Qeyd edək ki, Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsinə dəyişikliklər edilməsi ilə bağlı müvafiq qanun layihəsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Milli Məclisə təqdim olunub.
Vüqar Əliyev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB