Suraxanı rayonunda Bülbülə qəsəbəsindəki İmran Tağıyevə və Tofiq Abdullayevə məxsus mağazalarda, 2-ci Mədən küçəsində Fatmanisə Həsənovaya məxsus mağazada, Əmircan qəsəbəsindəki "Lider market"də və Rəşad Baloğlanova məxsus mağazada, Sabunçu rayonunda Kürdəxanı qəsəbəsindəki "Orxan market"də və Şəmsi Qəmbərova məxsus mağazada, Sabunçu qəsəbəsində yerləşən "Texas market"də saxlama müddəti ötmüş malların satıldığı və satışda olan malların qiymət kağızlarının düzgün tərtib edilmədiyi aşkarlanıb.
Sumqayıt şəhərində 2-ci mikrorayon, H.Əliyev prospekti, ev 22/57 ünvanında Cuma Şirinova məxsus mağazada saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan malların satıldığı müəyyənləşdirilib. Mingəçevir şəhərində Xocalı küçəsi, 2 ünvanında Rüstəm Məmmədova məxsus mağazada normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan malların satıldığı aşkarlanıb. Masallı şəhərində 20 Yanvar küçəsində Arifə Yaqubovaya məxsus mağazada, Quba şəhərində 22-ci məhəllədə Mahir Əskərova məxsus mağazada, Yevlax şəhərində H.Əliyev prospektində Famil Bağırova məxsus mağazada, Daşkəsən şəhərində T.İsmayılov küçəsində Gülarə Əliyevaya və Əziz Həsənova məxsus mağazalarda, Tovuz rayonunda Aşağı Quşçu kəndində Mahir Kazımova məxsus mağazada, Füzuli rayonunda Bala Bəhmənli kəndində Kənan Hüseynova məxsus mağazada, Şəmkir rayonunda Bayramlı kəndində Nazim Cəfərova və Babək Qarayevə məxsus mağazalarda isə saxlama müddəti ötmüş malların satıldığı müəyyənləşdirilib. Ümumilikdə, monitorinqlər zamanı 500 kq-dan çox ərzaq malları aşkar olunub, satışdan çıxarılaraq məhv edilib. Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB