Mart ayında sənaye məhsullarının istehsalçı qiymətləri əvvəlki aya nisbətən 4,7 faiz bahalaşıb. Dövlət Statistika Komitəsindən SİA-ya verilən məlumata görə, ay ərzində mədən çıxarma sənayesi üzrə sənaye məhsullarının istehsalçı qiymətləri indeksi əvvəlki aya nisbətən 105,2 faiz təşkil edib. Bu bölmədə istehsalçı qiymətləri xam neft və təbii qaz hasilatı üzrə 5,3 faiz, daş, qum, çınqıl, duz və digər mədən çıxarma sənayesi məhsullarının hasilatı üzrə isə 0,4 faiz bahalaşıb. Mart ayında emal sənayesi üzrə istehsalçı qiymətləri indeksi 102,0 faiz təşkil edib. Bu bölmədə istehsalçı qiymətləri neft məhsullarının istehsalı üzrə 3,4 faiz, kimya sənayesi üzrə 2,8 faiz, tikinti məmulatlarının istehsalı üzrə 2,6 faiz, maşın və avadanlıqlardan başqa hazır metal məmulatlarının istehsalı üzrə 2,3 faiz, toxuculuq sənayesi üzrə 0,6 faiz bahalaşıb, tütün məmulatlarının istehsalı üzrə 9,5 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı üzrə 6,7 faiz, dəri və dəri məmulatları, ayaqqabıların istehsalı üzrə 2,4 faiz, metallurgiya sənayesi üzrə 2,0 faiz, qida məhsullarının istehsalı üzrə 1,3 faiz, əczaçılıq məhsullarının istehsalı üzrə 0,5 faiz, poliqrafiya fəaliyyəti, maşın və avadanlıqların quraşdırılması və təmiri üzrə 0,4 faiz, içki istehsalı, kompüter və digər elektron avadanlıqların istehsalı, elektrik avadanlıqlarının istehsalı və mebel istehsalı üzrə 0,2 faiz, zərgərlik, musiqi, idman və tibb avadanlıqlarının istehsalı üzrə 0,1 faiz ucuzlaşıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB