Neft yenidən bahalaşıb
Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair may müqaviləsinin dəyəri 0,10 dollar və ya 0,1% artaraq 1 barelə görə 102,93 dollar təşkil edib. SİA-nın məlumatına görə, ICE London qitələrarası birjasında mayda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri 3,15 dollar və ya 2,6% azalaraq 118,68 dollar olub.

Bütün xəbərlər Facebook səhifəmizdə