Təmir işləri ilə əlaqədar olaraq 29 mart 2012-ci il tarixdə saat 10:00-dan 18:00-dək "Goranboy" Qazpaylayıcı Stansiyasından təbii qaz təchizatı dayandırılacaq. ARDNŞ-in mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, təmir işləri aparılan müddətdə Goranboy şəhəri də daxil olmaqla, rayonun Qızılhacılı və Veyisli kəndlərinə, eləcə də Ağcakənd istiqamətindəki bütün yaşayış məntəqələrinə təbii qazın verilişində fasilələr yaranacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB