Kənd sakinləri bu il soğandan daha çox məhsul gözləyir

Kənd sakinləri bu il soğandan daha çox məhsul gözləyir

Bu il soğanın qiyməti ucuz olsa da fermerlərin bu sahəyə diqqəti azalmayıb. SİA-nın xəbərinə görə, Bərdədə kənd sakinləri pay torpaqlarına xeyli soğan əkib. İndi kəndlilər bol məhsul götürmək üçün əkin sahələrində dayanmadan çalışır. Çörəyi torpaqdan çıxan kəndli tarlada durmadan fəaliyyət göstərir.

Ötən il soğan əkən fermerlər ziyana düşsə də bu il yenidən çox soğan əkiblər. Soğanın qiymətinin bu il 7-10 qəpiyə qədər ucuzlaşması bu sahəyə marağı azaltmayıb. Bu il Bərdədə 600 hektar əraziyə soğan əkilib ki, bu da ötən illə müqayisədə 100 hektar çoxdur.

Məhsulun maya dəyərinin baha başa gəldiyini deyən fermerlər onlara dövlət tərəfindən müəyyən dərəcədə köməklik göstərməsini istəyirlər. Soğanın yetişdirilməsi üçün vəsait daha çox lazımdır. Kənd sakinləri bu il min bir əzab-əziyətlə becərdiyi soğandan daha çox məhsul gözləyir.Hava şəraitinin günəşli keçməsi və vaxtında aqro texniki qaydada soğana qulluq edilməsi məhsulun inkişafına müsbət təsir göstərir. Kəndlilər may ayında sahədən yığılacaq soğandan bol məhsul gözləyirlər.


Şamxal Cəliloğlu

Bütün xəbərlər Facebook səhifəmizdə