BTC neft kəməri üzrə əsaslı xərclər 55,7 milyon dollar məbləğində planlaşdırılır
Cari ildə Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri üzrə əsaslı xərclər 55,7 milyon dollar məbləğində planlaşdırılır. "Bp-Azərbaycan" şirkətindən SİA-ya verilən məlumata görə, ötən il BTC üzrə əsaslı xərclər 40,5 milyon dollar məbləğində olmuşdur. Hazırda BTC-nin gündəlik ötürmə gücü 1,2 milyon barreldir. BTC Ko-nun səhmdarları bunlardır: bp (30,1 faiz), AzBTC (25 faiz), "Şevron" (8,90 faiz), "Statoyl" (8,71 faiz), TPAO (6,53 faiz), ENİ (5 faiz), "Total" (5 faiz), "İtoçu" (3,40 faiz), İNPEKS (2,50 faiz), "KonokoFillips" (2,50 faiz) və "Hess" (2,36 faiz).
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB