Azərbaycanda ərzaq məhsulları 4,6 faiz bahalaşıb

Azərbaycanda ərzaq məhsulları 4,6 faiz bahalaşıb

Fevral ayında yanvarla müqayisədə istehlak mallarının qiymətləri və xidmət tarifləri 0,1 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 0,2 faiz, xidmət tarifləri 0,1 faiz bahalaşıb, qeyri-ərzaq mallarının qiymətləri isə yanvar ayının səviyyəsində qalıb. Dövlət Statistika Komitəsindən SİA-ya verilən məlumata görə, keçən ilin müvafiq dövrünə nisbətən yanvar-fevral aylarında istehlak mallarının qiymətləri və xidmət tarifləri 3,7 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 4,6 faiz, qeyri-ərzaq mallarının qiymətləri 1,3 faiz, xidmət tarifləri 3,4 faiz bahalaşıb.


Bütün xəbərlər Facebook səhifəmizdə