Hadi Rəcəbli: "2020-ci il üçün Azərbaycan qarşıya daha böyük məqsədlər qoyub" - AÇIQLAMA

Hadi Rəcəbli: "2020-ci il üçün Azərbaycan qarşıya daha böyük məqsədlər qoyub" - AÇIQLAMA

"2020-ci il üçün Azərbaycan qarşıya daha böyük məqsədlər qoyub. Ölkədə bu vaxtadək kifayət qədər möhkəm sosial, iqtisadi baza yaradılıb. Bu baxımdan nəzərdə tutulan inkişaf konsepsiyası böyük əhəmiyyətə malikdir". SİA-nın məlumatına görə, bu fikirləri Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib.

H.Rəcəbli bildirib ki, 2020-ci ilə daha mütərəqqi, iqtisadi, maliyyə, sosial məsələlər aktualdır. Onun sözlərinə görə, ölkəmiz bu prosesdə dünyada gedən prosesləri nəzərə almalı və buna uyğun addımlar atmalıdır.

"Ötən 8-9 il ərzində görürük ki, Azərbaycanda artıq çox müasir, mütərəqqi dövlət quruculuğu modeli həyata keçirilir. Burada modernləşmiş dövlət quruculuğundan danışanda Azərbaycan üçün xarakterik elementlərə diqqət yetirmək lazımdır. Birincisi, bizim dövlət quruculuğunda səbəb-nəticə məsələsi var. Prezident İlham Əliyevin dövlət quruculuğunda səbəb-nəticə əlaqələrinin nəzərə alındığı görünür. Başqa bir məqam isə odur ki, Azərbaycanda regional idarəetmə həyata keçirilir. Artıq regionların sosial-iqtisadi inkişaf proqramı əsasında hər yerdə quruculuq işləri görülməyə başlandı. Vergi, kənd təsərrüfatı sahələrində regional idarələr yaradıldı. Ölkə başçısının dövlət quruculuğu siyasətinin özəlliklərindən biri görülən işlərin dünya standartlarına uyğunlaşdırılmasıdır", - deyə komitə sədri vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə