800 kq yararsız ərzaq malları satışdan çıxarılaraq, məhv edildi

800 kq yararsız ərzaq malları satışdan çıxarılaraq, məhv edildi

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən növbəti monitorinqlər keçirilib. Nazirlikdən SİA-ya verilən məlumata görə, monitorinqlər zamanı Bakının Nizami rayonunda Naxçıvanski küçəsi, ev 54 A ünvanında yerləşən "Fidan market"də; Binəqədi rayonunda S.Məmmədova küçəsində yerləşən "Abşeron market"də və Amin Cəfərova məxsus mağazada saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan malların satılması, eləcə də satışda olan malların qiymət kağızlarının düzgün tərtib edilməməsi halları aşkar olunub.

Nizami rayonunda Naxçıvanski küçəsi, ev 64 ünvanında yerləşən "Ay&Ar marketdə; Binəqədi rayonunda S.S.Axundov küçəsi, ev 2, mənzil 1 ünvanında yerləşən "Ailə market"də; S.Bəhlulzadə küçəsi, ev 23 ünvanındakı "Dərnəgül market"də; G.Ramazanov küçəsi, ev 1 ünvanında yerləşən "Xəzinə market"də; S.Məmmədov küçəsi, 6M, ev 205C ünvanındakı "Şah market"də; Səbail rayonunda Nizami küçəsi, ev 60 ünvanında yerləşən "Araz market"də; Yasamal rayonunda Alatava küçəsi, ev 1C ünvanında yerləşən "Qoşa çinar market"də saxlama müddəti ötmüş malların satıldığı və satışda olan malların qiymət kağızlarının düzgün tərtib edilmədiyi müəyyənləşdirilib. Eyni zamanda Sabirabad rayonunda V.Əhmədov küçəsində Əli Əliyevə məxsus mağazada; Tərtər rayonunda H.Əliyev prospektində Fizuli Nisamova məxsus mağazada; Gəncə şəhərində Sadıllı qəsəbəsində Hacı Rüfət Cəfərliyə məxsus mağazada; M.Hacıyev küçəsi, 320 ünvanında İsmayıl Hüseynova məxsus mağazada; Göygöl rayonunda Balçılı kəndində Cəfər Cəfərova məxsus mağazada; Cəlilabad şəhərində H.Əliyev prospektində Namiq Məlikova məxsus mağazada; Quba şəhərində H.Əliyev prospekti, 22-ci məhəllədə Elşən Ələkbərova məxsus mağazada;

Ağdaş rayonunda H.Əliyev prospektində Çingiz Şavəddinova məxsus mağazada; Goranboy rayonunda Dəliməmmədli şəhərində Rüfət Teyyubova və Şahin Rüstəmova məxsus mağazalarda isə saxlama müddəti ötmüş malların satıldığı müəyyənləşdirilib.

Ümumilikdə, monitorinqlər zamanı 800 kq-a yaxın yararsız ərzaq malları aşkar olunub, satışdan çıxarılaraq məhv edilib. Qanun pozuntusuna yol vermiş şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə