Tikinti materialları sənayesində istehsal azalıb

Tikinti materialları sənayesində istehsal azalıb

Bu ilin yanvar ayında Azərbaycanda tikinti materialları sənayesində müəssisələr tərəfindən ümumilikdə 16,9 mln. manatlıq və ya ötən ilin eyni ayına nisbətən 1% az məhsul istehsal edilib. Dövlət Statistika Komitəsindən SİA-ya verilən məlumata görə, cari ilin yanvar ayında sənaye müəssisələri tərəfindən 98,1 min ton və ya ötən ilin analoji ayına nisbətən 4,9% az sement, 4,3 min ton tikinti gipsi (-38,8%), 46,7 min ton hörmə üçün hazır beton qarışığı (+34,8%), 4,4 min kubmetr betondan yığma-tikinti konstruksiyaları (-37%), 16,5 min ton asfalt (+4,3 dəfə), 2,6 ton tikinti əhəngi (+2,6 dəfə) və 15 min kubmetr tikinti kərpici (+32,5%) istehsal edilib.

Cari il fevralın 1-nə müəssisələrin anbarlarında 9,7 mln. manatlıq və ya ölkə sənayesi üzrə olan hazır məhsul ehtiyatının 3,4%-i qədər hazır məhsul ehtiyatı olub.


Bütün xəbərlər Facebook səhifəmizdə