Azərenerji: “49 istehlakçının elektrik enerjisindən istifadə qaydalarını pozması faktı aşkar edilib”
"Azərenerji" ASC "Elektrik enerjisindən istifadə qaydaları"nın pozulmasının qarşısının alınması istiqamətində tədbirləri davam etdirir. ASC-in mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, yanvar ayında Mingəçevir Elektrik Şəbəkəsində (EŞ) keçirilmiş reydlər zamanı 8 istehlakçının (bundan ikisi məişət abonenti istehlakçılar qrupuna aiddir) sayğac uçot komplektində pozuntu faktı aşkar edilib. Aşkar edilmiş qayda pozuntuları müvafiq qaydada aktlaşdırılıb və 713,6 min kilovat-saata yaxın (bunun 5,8 min kilovat-saata yaxını məişət abonenti istehlakçılar qrupuna aiddir) itirilmiş elektrik enerjisinin 42,8 min manatdan artıq istehlak dəyəri bərpa olunub. Hesabat ayında həmin məbləğin müəyyən hissəsinin ödənişi təmin edilib. İlin ilk ayında Ağdaş EŞ-in xidməti ərazisində də keçirilmiş reydlər zamanı 43 istehlakçının (bu, əsasən məişət abonenti istehlakçılar qrupuna aiddir) sayğac uçot komplektində qüsur aşkar edilərək 95,6 milyon kilovat-saata yaxın (bunun 90,1 min kilovat-saatdan artıq məişət abonenti istehlakçılar qrupuna aiddir) itirilmiş elektrik enerjisinin 5,7 min manatdan artıq istehlak dəyəri bərpa olunub. Hesabat ayında qeyd olunan məbləğin müəyyən hissəsinin ödənişi təmin edilib. Ucar EŞ-də də cari ilin yanvar ayında keçirilmiş reydlər zamanı 49 istehlakçının (bunun 41-i məişət abonenti istehlakçılar qrupuna aiddir) elektrik enerjisindən istifadə qaydalarını pozması faktı aşkar edilib, 311 min kilovat-saatdan artıq (bunun 207,9 min kilovat-saata yaxını məişət abonenti istehlakçılar qrupuna aiddir) itirilmiş elektrik enerjisinin 18,7 min manata yaxın istehlak dəyəri bərpa olunub. Hesabat ayında həmin məbləğin müəyyən hissəsinin ödənişi təmin edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB