Azərbaycan təbii qazının Türkiyəyə nəqlində yaranmış problem aradan qaldırılıb
Azərbaycan Türkiyəyə artıq qaz göndərir. SİA-nın xəbərinə görə, bunu "Anadolu" agentliyinə açıqlamasında Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki nümayəndəsi Kənan Yavuz deyib.
Onun sözlərinə görə, Azərbaycan təbii qazının Türkiyəyə nəqlində yaranmış problem tamamilə aradan qaldırılıb: "Xəzər dənizinin donmasından qaynaqlanan texniki problem həll olundu. İndi Azərbaycandan gündə 16 milyon kubmetr qaz verilir. Müqaviləyə əsasən gündə 12 milyon qaz verilməlidir və hazırda bundan daha artıq qaz göndərilir. Borunun maksimal daşıma gücü gündə 18 milyon kubmetrdir. Boruda təzyiq yüksəldikcə qaz nəqlini bu səviyyəyə qədər artırmaq planlaşdırılıb".
K.Yavuz baş verən nasazlığın Azərbaycanın özündə də problemlər yaratdığını və ölkənin bəzi bölgələrinə qaz verilməsində fasilələr yarandığını vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB