Eyyub Hüseynov: \"Azərbaycanın Fransaya qarşı sərt reaksiyaları ilk növbədə iqtisadi formada həyata keçirilməlidir\" - AÇIQLAMA

Eyyub Hüseynov: \"Azərbaycanın Fransaya qarşı sərt reaksiyaları ilk növbədə iqtisadi formada həyata keçirilməlidir\" - AÇIQLAMA

Azərbaycanlılar, türklər və Türkdilli xalqlar Fransız mallarını və xidmətlərini birmənalı şəkildə baykot etməlidir. İnsanlar həmin malları almamalıdır. Bunu Səs tv-yə müsahibəsində Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov deyib.

Onun sözlərinə görə, Azərbaycanın Fransaya qarşı qərarları sırasında mütləq fransız mallarının boykot edilməsi məsələsi də öz yerini tapmalıdır: "Azərbaycanın Fransaya qarşı sərt reaksiyaları ilk növbədə iqtisadi formada həyata keçirilməlidir. Digər məsələlər isə diplomatik şəkildə aparılmalıdır. Mən belə bir qərarır qəbul olunacağına inanmırdım. Fransız şirkətlərinin Azərbaycanda fəaliyyət göstərməsi ilə əlaqədar daim şikayətlər edilir. Bu əvvəllərdə olub və hazırda da davam edir".

AİB-nin sədri 300 il Britaniyanın müstəmləkəsi olan Hindistanın yalnız Britaniya mallarını boykot etməklə dünyada ilk dəfə inqilab etmədən azadlığa çıxdığını buna misal olaraq göstərib: "Sadəcə olaraq Qandi Hindistanı gəzərək ingilis mallarını boykot etdi. Mallarının Hindistanda satılmadığını görən o boyda imperiya Hindistandan əl çəkdi".

E.Hüseynov birliyinin istehlakçı hüquqlarının qoruması üçün geniş iş apardığını və bunun nəticəsi olaraq Fransa səfirliyinin AİB-nin sədrini Şengen ölkələrinə buraxmamaq üçün \"qara siyahı\"ya saldığını deyib.

"Azərbaycanda fransız şirkətlərinin sayı çox azdır. Lakin birmənali şəkildə fransızların məşğul olduğu ticarət və xidmət sahələrində insanların aldadılması problemi yaşanır. Hesab edirəm ki, Azərbaycan vətəndaşları bu siyasətə öz reaksiyalarını verməlidirlər. Fransa mallarından istifadə etməməklə, Fransaya tursit səfərlərini və digər əlaqələri minimuma endirilməklə reallaşdırıla bilərlər", - deyə o bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə