Ötən il dövlət qiymətli kağızlar bazarının həcmi əhəmiyyətli dərəcədə artıb. SİA-nın Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin ictimaiyyətlə əlaqələr xidmətinə istinadən verdiyi məlumata görə, artıma səbəb pul siyasətinin antiinflyasiya xarakteri almasıdır. Nəticədə qiymətli kağızlar bazarında əməliyyatların sayı 1,6 dəfə, məbləği isə 4,4 dəfə çoxalaraq 6717 milyon manata çatıb. Qiymətli kağızlar bazarında əməliyyatların 4 faizini Maliyyə Nazirliyi tərəfindən emissiya olunan dövlət istiqrazları, 10 faizini Mərkəzi Bankın notları, 86 faizini isə qiymətli kağızlarla repo əməliyyatları təşkil edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB