Şahin Mustafayev: "Azərbaycan xarici ölkələrə 6 milyard dollar sərmayə yatırılmışdır" - MÜNASİBƏT
Ötən il Azərbaycan üçün həm də xarici iqtisadi əməkdaşlıq və ölkə iqtisadiyyatının dünya iqtisadiyyatına inteqrasiyası baxımından uğurlu olub. SİA-nın verdiyi məlumata görə, bu barədə iqtisadi inkişaf naziri Şahin Mustafayev yanvarın 16-da Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2011-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2012-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında danışıb.
Nazir deyib ki, regionda iqtisadi liderliyini gücləndirmiş Azərbaycan investisiya ixrac edən ölkəyə çevrilib, son illərdə xarici ölkələrə 6 milyard dollar sərmayə yatırılıb.
Nazirin sözlərinə görə, Beynəlxalq Maliyyə İnstitutları ilə əməkdaşlıq çərçivəsində nəqliyyat, enerji, telekommunikasiya, kənd təsərrüfatı, sosial təminat və digər sahələrin inkişafı üzrə dəyəri 1,7 milyard dollar olan 11 kredit sazişi imzalanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB