Azərbaycanda vergi borcları azalıb. Vergilər Nazirliyindən SİA-ya verilən məlumata görə, 2011-ci ildə Azərbaycanın vergi borcları 19,7 faiz azalıb. Nazirlik vergi borclarının həcmini azaltmaq məqsədi ilə bir sıra yeniliklərin tətbiq olunmasına başlayıb. Beləki keçən ilin avqust ayından etibarən borclu vətəndaşlarla əlaqə praktikası (face-to-face) tətbiq olundu. Bu sistem borclu vətəndaşlara SMS ilə xəbərdarlıq göndərilməsini, onların vergi borcları mövzusunda məlumatlandırılmasını, borcların könüllü olaraq ödənməsinin dəstəklənilməsini nəzərdə tutub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB