Bu il sahibkarlara 200 milyon manat məbləğində güzəştli kredit veriləcək

Bu il sahibkarlara 200 milyon manat məbləğində güzəştli kredit veriləcək

2012-ci ildə sahibkarlara 200 milyon manat güzəştli kredit verilməsi proqnozlaşdırılır. Bundan 90 milyon manatı dövlət büdcəsindən ayrılacaq, 110 milyon manat isə geri qaytarılan kredit məbləğləri və faizləri hesabına formalaşacaq. SİA-nın İqtisadi İnkişaf Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fonduna istinadən verdiyi məlumata görə, sahibkarlar, eləcə də sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyənlər dövlətin maliyyə vəsaitlərindən güzəştli qaydada istifadə etmək üçün Sahibkarlığa Kömək Milli Fonduna müraciət edə bilərlər. Qeyd edək ki, əvvəlki illərdə verilmiş kreditlərin qaytarılması hesabına 2011-ci ildə sahibkarlığa Kömək Milli Fondunun xəzinə hesabına 104 mln. manat daxil olub və sahibkarlıq subyektlərinin investisiya layihələrinin maliyyələşdirilməsinə yönəldilib.



Bütün xəbərlər Facebook səhifəmizdə