Yanvarın 25-29-da Davos (İsveçrə) şəhərində illik Ümumdünya İqtisadi Forumu keçiriləcək. SİA-nın xəbərinə görə, tədbir "Böyük transformasiyalar: yeni modellərin formalaşması" şüarı altında baş tutacaq. Tədbir iştirakçıları qlobal iqtisadiyyatın çağırışlarını və perspektivləri müzakirə edəcək, bu kontekstdə ideya mübadiləsi aparacaqlar.
Qeyd edək ki, 1971-ci ildən keçirilən Davos Ümumdünya İqtisadi Forumu iqtisadi mövzularda müzakirələr üçün dünyanın əsas meydanlarından biridir. Forumda nəhəng şirkətlərin rəhbərləri, dövlət və hökumət başçıları iştirak edirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB