Ötən il ölkənin aqrar bölməsində sabit qiymətlərlə dəyəri 10,7 faiz artıb

Ötən il ölkənin aqrar bölməsində sabit qiymətlərlə dəyəri 10,7 faiz artıb

Ölkənin aqrar bölməsində 2011-ci ildə 2010-cu ilə nisbətən bitkiçilik məhsullarının sabit qiymətlərlə dəyəri 10,7 faiz artıb. SİA-nın Kənd Təsərrüfatı Nazirliyinə istinadən verdiyi məlumata görə, 2011-ci ilin 11 ayında 2457,9 min ton dənli və dənli paxlalılar, 235,3 min ton şəkər çuğunduru, 938,5 min ton kartof, 1196,5 min ton tərəvəz, 477,9 min ton bostan, 761,2 min ton meyvə, 3587,3 ton tütün yarpağı və 57,9 min ton pambıq istehsal olunub. 2011-ci il dekabrın 1-i vəziyyətinə respublika üzrə 933,5 min sahədən payızlıq və yazlıq dənli və dənli paxlalı bitkilərin (qarğıdalısız) məhsulu yığılıb, hektardan 24,7 sentner olmaqla 2306,2 min ton məhsul istehsal edilib. Bu isə 2010-cu illə müqayisədə məhsuldarlıqda 4,8 sentner , məhsul istehsalında isə 442,0 min ton çoxdur.


Bütün xəbərlər Facebook səhifəmizdə