2011-ci ilin yanvarında ölkənin dövlət və qeyri-dövlət təşkilatları və ayrı-ayrı fiziki şəxslər 94 dövlətlə 2,2 milyard ABŞ dolları məbləğində xarici ticarət əməliyyatları aparıb.
SİA-nın Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, xarici ticarət dövriyyəsinin 1,6 milyard dollarını (72,6 faiz) Azərbaycandan ixrac olunmuş mallar, 593 milyon dollarını (27,4 faiz) ölkəyə idxal edilmiş məhsullar təşkil edib. Əvvəlki ilin yanvarı ilə müqayisədə xarici ticarət dövriyyəsinin həcmi 9,8 faiz, o cümlədən, idxal 60,5 faiz artıb, ixrac isə 1,9 faiz azalıb.
İxracın həcmi idxaldan 2,7 dəfə çox olub və yanvar ayı üzrə 979,8 milyon dollarlıq müsbət xarici ticarət saldosu yaranıb.
Xarici ticarət əməliyyatlarının çox hissəsi (84,2 faizi) İtaliya, ABŞ, Fransa, Rusiya Federasiyası, Malayziya, Ukrayna, Bolqarıstan, Türkiyə, İsrail, Tayland, Çin və Almaniya ilə aparılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB