Avro bazar ertəsi səhər dollara nisbətən 0,5 faiz düşüb. SİA-nın məlumatına görə, buna səbəb Avropa Birliyi və avrozona rəhbərliyindən gözlənilən qəti addımların atılmamasıdır. Hazırda avro 1,33 dollardır.


Keçən həftənin sonu Avropa Birliyi daha sıx inteqrasiya haqda razılığa gəldi. Ancaq bu, Avropanın borc böhranının həll etməyə kifayət etmir. Avro oktyabrdakı ən yüksək qiymətindən 6 faiz düşür. May ayında isə avro 1,50 dollar idi.


Reuters yazır ki, bazardakı möhtəkirlər hazırda avro üzrə qısa mövqe tuturlar, yəni avronu satırlar.

Onlar avronun dollara nisbətdə 1,3250 və 1,3145 qiymətlərini gözləyirlər.


Agentlik təhlilçilərə istinadən yazır ki, çox güman, Avropa iqtisadiyyatı tənəzzülə gedir.

Bütün xəbərlər Facebook səhifəmizdə