Elman Rüstəmov: “Yaxın illərdə bank faizlərini aşağı salmağı düşünürük”

Elman Rüstəmov: “Yaxın illərdə bank faizlərini aşağı salmağı düşünürük”

"Biz çalışmalıyıq ki, bank faizlərini aşağı salaq və kapital ucuzlaşsın". SİA-nın verdiyi xəbərə görə, bu barədə Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov deyib. Onun sözlərinə görə, bank faizlərinin aşağı salınması və kapitalın ucuzlaşması qeyri-neft sektorunun inkişafı və onun şaxələndirilməsi üçün vacibdir: "Bundan ilk növbədə yerli kiçik və orta müəssisələr faydalana bilər".

Həmçinin Elman Rüstəmov kapitalın əsas mənbəyinin bank kreditləri olduğunu vurğulayıb: "Biz yaxın illərdə inflyasiyanı stimullaşdırmamaqla və iqtisadi sabitliyi qorumaq şərti ilə bank faizlərini aşağı salmağı düşünürük".


İlkin Nəcəfli

Bütün xəbərlər Facebook səhifəmizdə