Əli Abbasov: “Mobil operatorlara 4G verildikdən sonra internet qiymətləri aşağı düşəcək”

Əli Abbasov: “Mobil operatorlara 4G verildikdən sonra internet qiymətləri aşağı düşəcək”
Yaxın vaxtlarda mobil operatorlara 4G-nin verilməsindən sonra internet qiymətləri aşağı düşəcək. SİA-nın verdiyi xəbərə görə, bunu jurnalistlərə rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib. Onun sözlərinə görə, bu gün dünyada internet qiymətləri siniflərə ayrılır: inkişaf etmiş, inkişafda olan və yoxsul ölkələr. Hazırda inkişaf etmiş ölkələrdə internetin qiyməti orta əmək haqqının 1%-ini təşkil edir. İnkişafda olan ölkələrdə bu göstərici 5-25%, yoxsul ölkələrdə isə bundan da çoxdur. Nazir deyib: \"Azərbaycanda orta əmək haqqının 4-4,5%-nə yüksək sürətli internet almaq mümkündür. Azərbaycan inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrin arasında yer alır. Bir müddət əvvəl mobil operatorlara 3G xidmətləri təqdim edilib və hesab edirəm ki, 4G-nin verilməsindən sonra ölkədə iinternetin keyfiyyəti yüksələcək və qiyməti aşağı düşəcək\".

Bütün xəbərlər Facebook səhifəmizdə