Azərbaycanda Yeni il bayramları ilə əlaqədar monitorinqlər aktivləşir

Azərbaycanda Yeni il bayramları ilə əlaqədar monitorinqlər aktivləşir

Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi üzrə Dövlət Xidməti Yeni il bayramlarının başlaması ilə əlaqədar monitorinqləri aktivləşdirir. Nazirlikdən SİA-ya verilən məlumat deyilir: "Bayramlarla əlaqədar əhalinin bəzi ərzaq məhsullarına tələbatı artıb, bu səbəbdən də Dövlət Xidməti tələbatın daha çox olduğu qida məhsullarının qiymətlərinin suni artırılması faktlarını aşkara çıxarmaq üçün monitorinqlərin keçirilməsinə başlayıb".

Ötən il Dövlət Xidmətinin apardığı monitorinqlər çərçivəsində keyfiyyətsiz Yeni il hədiyyələri istehsalçıları aşkar edilmişdi. İstehlakçıların hüquqlarının pozulması ilə əlaqədar onların məhsullarının satışı dayandırılmışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə