Sahibə Qafarova: "2012-ci ilin dövlət büdcəsinin uğurla icra olunması ölkəmizin daha da inkişafını təmin edəcək" - MÜNASİBƏT
"Azərbaycan dövlətinin iqtisadi imkanları artdıqca bu bütün sahələrdə olduğu kimi, sosial sferada da daha mütərəqqi və vətəndaşlarımızın həyatına birbaşa və yüksək səviyyədə təsir edən tədbirlərin həyata keçirilməsinə imkanlar yaranır. Dövlətin inkişafı ilk növbədə, vətəndaşların sosial rifahının yüksəlməsi ilə müşayiət olunur. İqtisadi siyasətin inamla həyata keçirilməsi sayəsində Azərbaycanda davamlı olaraq əməkhaqqı və pensiyalar artırılır. Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə əmək pensiyaçılarının sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı tədbirlər həyata keçirilib və bu, öz mühüm nəticələrini göstərib".
SİA-nın verdiyi məlumata görə, bu fikirləri yap.org.az saytına Milli Məclisin üzvü Sahibə Qafarova 2012-ci ilin dövlət büdcəsi layihəsinə münasibət bildirərkən deyib.
Respublikamızda yüz minlərlə insanı əhatə edən sosial tərəqqi və əməkhaqlarının artırılması ilə bağlı dövlət siyasətinin hökumətin vətəndaşlara olan yüksək diqqət və qayğısının göstəricisi olduğunu vurğulayan millət vəkili əlavə edib ki, bu qayğı ildən-ilə daha da güclənir və daha effektiv nəticələr verməkdədir: "Bu mənada 2012-ci ilin dövlət büdcəsində sosial sahəyə ayrılan vəsaitlərin artırılması olduqca mütərəqqi və cəmiyyətimizin inkişafına xidmət edən bir addımdır. Gələn ilin dövlət büdcəsində əksini tapan rəqəmlər də bir daha onu deməyə əsas verir ki, ölkəmizin sosial-iqtisadi inkişafı artıq dönməz xarakter alıb və bu, yalnız neft amilindən asılı deyil. Təsadüfi deyil ki, nəhəng neft-qaz layihələrinin həyata keçirilməsi ilə yanaşı, indi daha çox qeyri-neft sektorunun, özəl bölmənin və sahibkarlığın inkişafı dövlətimizin xüsusi diqqət mərkəzindədir. Qeyri-neft sektorunun davamlı inkişafı, yerlərdə enerji, su və qaz problemlərinin aradan qaldırılması, regionlarımızın sürətli tərəqqisi, müasir infrastrukturun formalaşdırılması, yeni iş yerlərinin açılması, elm, təhsil, səhiyyə, rabitə, nəqliyyat, idman və digər sahələrin yüksəlişinə göstərilən dövlət qayğısı nəticədə insanların daha yaxşı yaşamasına, onları narahat edən problemlərin həllinə gətirib çıxarıb".
Millət vəkili bütün bu detalları nəzərə alaraq, gələn ilin dövlət büdcəsini yüksək qiymətləndirirərək söyləyib ki, bu sənədin uğurla icra olunması ölkəmizin daha da inkişafını təmin edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB