Şimali Qafqaz regionu – Azərbaycan biznes forumu keçiriləcək

Şimali Qafqaz regionu – Azərbaycan biznes forumu keçiriləcək

Noyabrın 25-də İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Rusiya Federasiyasının Dağıstan Respublikasının paytaxtı Mahaçqalada Şimali Qafqaz regionu – Azərbaycan biznes forumu keçiriləcək.

AZPROMO-dan SİA-ya verilən məlumata görə, tədbirə Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev rəhbərlik edəcək.

Forum çərçivəsində Azərbaycan nümayəndə heyətinin üzvləri ikitərəfli görüşlərdə özlərinə tərəfdaşlar tapmaq və iş əlaqələri qurmaq imkanı əldə edə biləcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə