Azərbaycanla Almaniya arasında Aqrar Biznes Forumu keçirilib

Azərbaycanla Almaniya arasında Aqrar Biznes Forumu keçirilib

Bu gün "Azərbaycanın aqrar təsərrüfatında, bağçılıq və qida sənayesində investisiyalar, biznes və maliyyələşmə imkanları" mövzusunda Aqrar Biznes Forumu keçirilib. SİA-nın xəbərinə görə, forum Azərbaycan Respublikası Sahibkarlar (İşəıgötürənlər) təşkilatları Milli Konfederasiyası və Alman-Azərbaycan məsləhət şirkətinin birgə təşkilatçılığı ilə bağ tutub. Tədbirdə konfederasiyanın prezidenti Məmməd Musayev ölkədə əlverişli biznes mühitinin olması, sahibkarlığın inkişafı və iqtisadiyyatda özəl sektorun xüsusi çəkisinin dinamik artımı barədə danışıb. M.Musayevin sözlərinə görə, 11 iqlimdən 9-nun Azərbaycanda olması Azərbaycan kənd təsərrüfatının müxtəlif növlərinin inkişaf etdirilmsəi mümkündür. O bildiirb ki, bu gün Azərbaycanın həm daxili tələbatını ödəmək, həm də xaricə məhsul ixrac etmək şansı var.

Görüş zamanı Almaniyada və digər Avropa ölkələrində kənd təsərrüfatının vəziyyəti, ikitərəfli əməkdaşlıq, investisiya layihələri və digər məsələlər barədə müzakirələr aparılıb.

Tədbirdə Almaniyanın Azərbaycandakı səfiri Herbert Kvelle və GİZ-in Bakı ofisinin əməkdaşı Tina Flegel də iştirak edib.

Bütün xəbərlər Facebook səhifəmizdə