Sumqayıt şəhəri qaz sarıdan korluq çəkməyəcək

Sumqayıt şəhəri qaz sarıdan korluq çəkməyəcək

Sumqayıt şəhəri qaz sarıdan korluq çəkməyəcək. Qış mövsümü ilə əlaqədar Sumqayıt şəhər Qaz İstismar sahəsi gücləndirilmiş iş rejimində işləyəcək. Bunu SİA-ya açıqlamasında qurumun baş mühəndisi Teymur Balıyev bildirib.

Onun sözlərinə görə, artıq noyabrın 15-dən etibarən qazanxaların istilik sistemi yoxlanışdan keçdikdən sonra abonentlərin istifadəsinə veriləcək. İran istehsalı olan sobalara da münasibət bildirən baş mühəndis bununla bağlı lazımi tədbirlərin aparıldığını, uyğunluq sertifikatı və heç bir normativ standartalara cavab verməyən istilik sistemlərinin qarşısının alındığını söylədi: "Abonentlər bu sobaları aldığı zaman heç bir təlimatlara əməl etmirlər. Bizim xəbərimiz olmadan özləri bunu quraşdırmağa çalışır. Bu da sonda bədbəxt hadisələrə yol açır" - deyə qurumun baş mühəndisi deyib.


Bütün xəbərlər Facebook səhifəmizdə