Xoşbəxt Yusifzadə: “2012-ci ildə Azərbaycanda 45-46 milyon ton neft hasil olunacaq”

Xoşbəxt Yusifzadə: “2012-ci ildə Azərbaycanda 45-46 milyon ton neft hasil olunacaq”

Gələn il Azərbaycanda ümumi neft hasilatı 45-46 milyon ton səviyyəsində olacaq. SİA-nın xəbərinə görə, bunu Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) I vitse-prezidenti Xoşbəxt Yusifzadə deyib. Onun sözlərinə görə, gələn il hasil olunacaq neftin ümumi həcmindən ARDNŞ-nin payına 8-8,3 milyon ton düşəcək, yerdə qalan hissə isə "Azəri-Çıraq-Günəşli" yatağının və "Şahdəniz" yatağından çıxarılan kondensatın payına düşür.

O, bildirib ki, cari ildə hasilatın həcmi elə bu səviyyədə olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə