Neftin qiyməti düşməkdə davam edir

Neftin ucuzlaşması davam edib. SİA-nın məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair dekabr müqaviləsinin dəyəri 1,00 dollar və ya 1,1 faiz azalaraq 1 barelə görə 92,19 dollar təşkil edib.

ICE London qitələrarası birjasında dekabrda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri isə 0,02 dollar və ya 0,02% azalaraq 109,54 dollar təşkil edib.

Bütün xəbərlər Facebook səhifəmizdə