\"Aztelekom\" İstehsalat Birliyinin telekommunikasiya şəbəkəsinə genişzolaqlı qoşulmaların sayı 70 minə çatır. SİA-nın İB-nin baş direktoru Məhəmməd Məmmədova istinadən verdiyi məlumata görə, qoşulmaların ümumi həcmindən 20 min ədədi \"AztelekomNet\" dövlət internet-servis - provayderinin payına düşür: "İlin əvvəlindən \"Aztelekom\" İstehsalat Birliyinin şəbəkəsinə qoşulmaların sayı iki dəfə artıb. İlin sonunadək \"Aztelekom\" əlavə 30 min istifadənin qoşulmasını planlaşdırır. Bu məqsəd üçün lazımi avadanlıq alınıb. Yaxın günlərdə onların quraşdırılmasına başlanılacaq. BMT-nin inkişaf proqramı çərçivəsində 2012-ci ilin birinci yarısına kimi isə genişzolaqlı portların sayı əlavə olaraq 60 min ədədə çatdırılacaq. Bu tədbirlər \"Aztelekom\"un hazırladığı 2011-2013-cü illərdə regionlarda genişzolaqlı internetin inkişafı konsepsiyası çərçivəsində aparılır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB