\"Bu gün Azərbaycan iqtisadiyyatının həcmi üç dəfədən çox artıb. SİA-nın xəbərinə görə, bu barədə əmlak məsələləri üzrə dövlət komitəsinin sədri Kərəm Həsənov məlumat verib\". O bildirib ki, dünya maliyyə böhranı Azərbaycana təsirsiz ötüşüb. Onun sözlərinə görə, Azərbaycanda iqtisadi artım 2009-cu ildə 9,3 %, 2010-cu ildə isə 5 % olub: "7 il ərzində Azərbaycanda yoxsulluğun səviyyəsi beş dəfəyədək azalıb, ölkədə ümumdaxili məhsulun 80 %-dən çoxu özəl sektorun payına düşür. Daşınmaz əmlak sahəsində yeni struktur formalaşır bundan əlavə daşınmaz əmlakın milli qeydiyyat sistemi yaradılıb. Peyk və aeroçəkilişlər vasitəsilə ortofoto xəritə hazırlanıb. Hazırda rəqəmsal kadastr xəritəsinin yaradılması istiqamətində işlər gedir. Doing biznesin 2011-ci ildə açıqladığı hesabata əsasən Azərbaycan daşınmaz əmlakı təkmilləşdirilməsi sisteminə görə, dünya ölkələri içərisində 10-cu yeri tutur.
Könül Kamilqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB