Azərbaycana daha çox turist Rusiya, İran, Türkiyə və Gürcüstandan gəlir

Azərbaycana daha çox turist Rusiya, İran, Türkiyə və Gürcüstandan gəlir
Son illə ölkədə turizmin inkişafı istiqamətində aparılan islahatlar nəticəsində bu sektor inkişaf edib, eyni zamanda xaricilərin ölkəmizə marağı artıb. Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, bu özünü ölkəyə gələn turistlərin sayında da göstərir. Belə ki, bu ilin son 6 ayı ərzində ölkəyə gələn turistlərin sayı 15 faiz artıb: "Bu amil də turizm sektorunun inkişafından xəbər verir. Azərbaycana daha çox turist Rusiya, İran, Türkiyə və Gürcüstandan gəlir. Bu il ölkəmizə Rusiyadan gələn turistlərin sayı 20 faiz, İrandan gələnlərin sayı 15 faiz, Gürcüstandan gələnlərin sayı 14 faiz, Türkiyədən gələnlərin sayı isə 8 faiz artıb".
Ölkəyə turistlərin marağını daha da artırmaq üçün zəruri infrastruktur yaradılır. Belə ki, əgər 2001-ci ildə ölkədə 93 otel var idisə 2010 - cu ildə onların sayı 499 çatdırılıb. Bu il isə istismara Bakı və ətraf regionlarda daha 50 turizm mərkəzi istifadəyə veriləcək. Müasir və beynəlxalq standartlara cavab verən yeni turizm müəssisələrində turistlərin qarşılanması üçün ən zəruri şərait yaradılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə