Orta hesabla adambaşına 3418.4 manatlıq ÜDM istehsal olunub
2011-cu ilin yanvar-avqust aylarında ötən ilin müvafiq dövrü ilə müqayisədə 1.1 faiz, yaxud müqayisəli qiymətlərlə 292.5 milyon manat çox əlavə dəyər istehsal olunub və onun ümumi həcmi 30.9 milyard manata çatıb. SİA-nın Dövlət Statistika Komitəsinə əsasən verdiyi xəbərə görə, ÜDM-in 66.8 faizi məhsul istehsalı sahələrində, o cümlədən 53.3 faizi sənaye müəssisələrində, 7.3 faizi inşaat kompleksində, 6.2 faizi isə aqrar bölmədə istehsal olunub. Xidmət sahələrində yaradılmış əlavə dəyərin 6.0 faizi nəqliyyat, 8.3 faizi ticarət, pullu xidmət və ictimai iaşə, 1.7 faizi rabitə, 11.3 faizi digər sahələrin payına düşüb. Məhsula və idxala tətbiq olunmuş vergilər ÜDM-in 5.9 faizini təşkil edib.
Orta hesabla adambaşına 3418.4 manatlıq (4320.6 ABŞ dolları) ÜDM istehsal olunub.
Qeyri-neft sektorunda əlavə dəyər istehsalı 8.5 faiz artıb, neft sektorunda 6.2 faiz azalıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB