İstehsalatda əmək qabiliyyətinin itirilməsinin sığortalanması müzakirə olunub
"İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında" qanun işəgötürənlər üçün çox mühüm əhəmiyyətə malikdir. İqtisadi Tədqiqatlar Mərkəzinin bu gün təşkil etdiyi tədbirdə qurumun idarə heyətinin sədri Qubad İbadoğlu 2011-ci il yanvarın 1-dən tətbiq olunmağa başlayan qanunun işəgötürənlər və işçilərin əmək hüquqlarının qorunması sahəsində mühüm addım olduğunu deyib: "İşçilərin sosial vəziyyətinin gücləndirilməsi məqsədilə QHT-lərdə icbari sığortanın tətbiqinin təşviqini nəzərdə tutan layihə həyata keçirdik. Layihənin gedişində əldə etdiyimiz nəticələr göstərir ki, QHT-lərdə işçilərin istehsalat qəzaları və peşə əmək xəstəliklərindən icbari sığortayla bağlı aydınlıq gətirilməli olan çoxlu məqamlar var".
İTM-in maliyyə meneceri Anar Bayramov isə vebkalkulyatoru iştirakçılara təqdim edib. Bildirib ki, kalkulyator hazırlanarkən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Əmək Müfəttişliyi Xidmətində, həmçinin Maliyyə Nazirliyinin Maliyyə və sığorta tənzimlənməsi şöbəsi və Dövlət Sığorta Nəzarəti Xidmətində müvafiq mütəxəssislərlə məsləhətləşmələr aparılıb: "Kalkulyator Nazirlər Kabinetinin qərarı ilə müəyyənləşdirilmiş iqtisadi fəaliyyət növləri üzrə fəhlə və qulluqçu heyəti üçün sığorta haqqı məbləğini, həmçinin sığorta hadisəsi nəticəsində zərər çəkmiş sığorta olunana əlillik növbəti müayinə müddəti göstərilmədən təyin edildiyi hallarda verilməli olan birdəfəlik sığorta ödənişinin məbləğini hesablayır. Bunun üçün istifadəçi İTM-in www.sigorta.erc-az.org –a girərək ora aylıq əmək haqqını, iqtisadi fəaliyyət növünü, fəhlə və ya qulluqçu heyətə daxil olduğunu və yaşını yazmalıdır. Bundan sonra kalkulyator bu məlumatlar əsasında onun üçün işəgötürən tərəfindən sığorta şirkətinə ödəniləcək sığorta haqqını, həmçinin əlillik növbəti müayinə müddəti göstərilmədən təyin edildiyi hallarda verilməli olan birdəfəlik sığorta ödənişinin məbləğini hesablayır. Burada bi mühüm məhdudiyyət var ki, işçinin yaşı 15-dən aşağı ola bilməz, çünki bu yaşdan aşağı şəxslərin işə qəbulunu ölkə qanunvericiliyi qadağan edir".
Maliyyə Nazirliyi Dövlət Sığorta Nəzarəti Xidmətinin məsləhətçisi Turan Məmmədov sığorta müqaviləsinin bir neçə aylıq bağlanmasına qanunvericilikdə qadağa qoyulmadığını bildirib: "Yəni sığorta məbləği 1 illik hesablanır, sonra 12 aya bölünərək müvafiq ayların sayına vurulur. Bu yaxınlarda "Paşa Həyat" şirkəti bununla bağlı bizə müraciət etmişdi, biz lazımi izahatı verdik".

Lakin sığorta şirkətlərinin təmsilçiləri qanunda belə müddəanın nəzərdə tutulmadığını bildirdilər. "Qala Həyat" şirkətinin nümayəndəsi Firdovsi Qasımov dünya təcrübəsində qısamüddətli müqavilələr üzrə ödənişlərin uzunmüddətlilərə nisbətən yüksək olduğunu deyib: "Buna görə də yaxşı olardı ki, Maliyyə Nazirliyi qısamüddətli müqavilələr üzrə ödənişləri müəyyənləşdirən bir cədvəl tərtib edərdi."
Sahibkarlığın və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondunun rəhbəri Sabit Bağırovun suallarına verilən cavablardan aydın oldu ki, QHT - lər xidmət müqaviləsi əsasında cəlb etdikləri şəxsləri sığorta etdirməli deyillər. Eyni zamanda bir nəfər 3 müxtəlif yerdə işləyirsə, hər 3-də sığortalanmalıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB