BP şirkətində “Boru kəmərləri dəhlizində keçmiş və gələcək irs: Azərbaycan, Gürcüstan, Türkiyə” kitabının təqdimatı keçirilib
SİA-nın şirkətin saytına istinadən verdiyi xəbərə görə, tədbirdə qeyd edilib ki, bu kitab boru kəmərləri boyunca tikinti zamanı aşkar olnumuş arxeoloji tapıntıları əks etdirməklə mədəni irsin qorunmasına dair sanballı bir təqdqiqatın nəticələrini əks etdirir. BTC və CQBK boyunca aşkar olunmuş bütün arxeoloji tapıntılar haqqında dəyərli tədqiqat materialları və elmi məlumatları özündə birləşdirən bu kitab həm də dünyanın ən qədim mədəniyyətlərinə sahib olan üç ölkənin tarixi irsi ilə tanışlıq üçün bir mənbədir.
Təqdimat mərasimində "BP-Azərbaycan" şirkərinin prezidenti Rəşid Çavanşir çıxış edərək kitabın mahiyyəti barədə danışıb, kitabın müəllifləri isə əsərin yaranma səbəbləri haqqında iştirakçıları ətraflı məlumatlandırıblar. Mərasimdə həmçinin Smitsonian İnstitutu tərəfindən həyata kecirilən "Mədəni irsin ictimai təbliği, bilik və bacarıqların yaradılması" proqramının tamamlanması qeyd olunub. Təqdimat mərasimində ARDNŞ-nin ekologiya üzrə vitse-prezidenti Rəfiqə Hüseynzadə iştirak edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB