ARDNŞ 2011-ci ilin avqust ayında dövlət büdcəsinə 125 milyon 13 min manat vəsait ödəyib

ARDNŞ 2011-ci ilin avqust ayında dövlət büdcəsinə 125 milyon 13 min manat vəsait ödəyib
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti 2011-ci ilin avqust ayında dövlət büdcəsinə 125 milyon 13 min manat vəsait ödəyib. SİA-nın xəbərinə görə, bu göstərici 2010-cu ilin avqust ayı ilə müqayisədə 20 milyon 736 min manat və ya 119,9 faiz çoxdur. Ümumiyyətlə, 2011-ci ilin yanvar-avqust aylarında büdcəyə 810 milyon 350 min manat ödənilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 103 milyon 174 min manat (114,6 faiz) çox olub. Bundan başqa, cari ilin avqust ayında ARDNŞ Dövlət Sosial Müdafiə Fonduna 11 milyon 527 min manat vəsait köçürüb. Ümumiyyətlə, 2011-ci ilin yanvar-avqust aylarında Şirkət tərəfindən Dövlət Sosial Müdafiə Fonduna ödəniş 88 milyon 508 min manat təşkil etmişdir ki, bu da 2010-cu ilin müvafiq dövrü ilə müqayisədə 3 milyon 322 min manat və ya 103,9 faiz çox olub.

Bütün xəbərlər Facebook səhifəmizdə