Yay Məktəbinin 7-ci günü neftin və neft məhsullarının satışına və iqtisadiyyatına həsr olunub

Yay Məktəbinin 7-ci günü neftin və neft məhsullarının satışına və iqtisadiyyatına həsr olunub
"SOCAR Yay Məktəbi-2011"in 7-cü günü, sentyabrın 7-də "Neft və neft məhsullarının satışı və iqtisadiyyatı" mövzusunda məşğələlər keçirilib. SİA-nın şirkətin rəsmi saytına istinadən verdiyi xəbərə görə, ARDNŞ-nin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin İxrac əməliyyatları departamentinin neft və neft məhsullarının ixracının marketinqi şöbəsinin rəisi Maqsud İbrahimov və həmin şöbənin eksperti Tağı Tağızadə "Neftlə bağlı əməliyyatlara giriş və neftin qiymətinin formalaşması", "Neft məhsulları ilə bağlı iqtisadi əməliyyatlara giriş", \"Neft və neft məhsullarının marketinqi və satışı\" mövzularında təqdimatlar keçiriblər.

Təqdimat müddətində iştrakçılara iki mərhələdən ibarət riyazi tapşırıqlar verilib və tapşırıqları düzgün həll etdiyinə görə birinci mərhələdə yalnız "Penta Prima", ikinci mərhələdə isə "Penta Prima", "Fires of SOCAR" və "Racos" komandalarının nümayəndələri qalib gəliblər.

Daha sonra iştirakçıları maraqlandıran suallar ətrafında diskusiya aparılıb. Günün axşam qonağı hissəsində isə ARDNŞ-nin İqtisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Qasımov və İqtisadiyyat və Uçot idarəsinin rəisi müavini Rəşid Hüseynov iştirakçılarla görüşüblər. Qonaqlar ARDNŞ-nin iqtisadi sahədə fəaliyyətindən danışmış və iştirakçıları maraqlandıran sualları cavablandırıblar. Günün sonunda komandalar arasında breyn rinq yarışması keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com