İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti reklam yayımı sahəsində qanunvericiliyin tələblərinə əməl olunmasına nəzarət məqsədilə monitorinqləri davam etdirir. SİA-nın xəbərinə görə, mövcud qanunvericiliyin tələblərinə əsasən, reklam olunan əmtəənin sertifikatlaşdırılması və reklam yayımının \"mütləq sertifikatlaşdırılmalıdır\" yazısı ilə müşayiət edilməsi zəruri olduğu halda, \"Danon\" MMC-nin \"Aktivia\" adlı məhsullarının reklamlarında məhsulun sertifikatlaşdırılması barədə məlumatın göstərilmədiyi aşkar edilib.
Dövlət Xidməti tərəfindən təsərrüfat subyektinə müvafiq göstəriş verilmiş, yol verilmiş qanun pozuntuları aradan qaldırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB