DəmirBank Asiya İnkişaf Bankı ilə əməkdaşlığını genişləndirir

DəmirBank Asiya İnkişaf Bankı ilə əməkdaşlığını genişləndirir

Asiya İnkişaf Bankı 2010-cu ilin aprel ayında DəmirBank ilə imzaladığı müqavilə üzrə ayrılan bərpa olunan kredit limitini 2 mln. ABŞ dollarına çatdırıb. Ayrılan vəsait idxal-ixrac əməliyyatlarının maliyyələşməsinə yönəldilir. SİA-nın xəbərinə görə, Belə ki, 2010-cu ilin aprel ayında Asiya İnkişaf Bankı ilə imzalanan müqavilənin ümumi məbləği 5,5 mln. ABŞ dollarınadək artırılıb. Müqavilə üzrə ayrılan 3,5 mln. ABŞ dolları beynəlxalq ticarətin maliyyələşməsi üzrə zəmanətlərin verilməsini, 2 mln. ABŞ dolları isə müştərilərin idxal-ixrac əməliyyatlarının maliyyələşdirilməsi üçün bərpa olunan kreditin verilməsini nəzərdə tutur.

DəmirBank kredit proqramları üzrə 20-dən çox beynəlxalq təşkilatla əməkdaşlıq edir. Bu sırada Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO), Qara Dəniz Ticarət və İnkişaf Bankı, Alman-Azərbaycan Fondu, DEG Almaniya İnvestisiya Şirkəti, OFID Beynəlxalq İnkişaf Fondu, Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası, USAID və digər beynəlxalq təşkilatları qeyd etmək olar.

Ölkənin ilk banklarından olan DəmirBank (əvvəlki adı Azərdəmiryolbank) 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir.


Bütün xəbərlər Facebook səhifəmizdə