Kulevi Qara Dəniz Terminalı Gürcüstanda Avropanın ən uzun piyada körpüsünün inşasında iştirak edib

Kulevi Qara Dəniz Terminalı Gürcüstanda Avropanın ən uzun piyada körpüsünün inşasında iştirak edib
ARDNŞ-nin Gürcüstandakı əsas aktivlərindən olan Kulevi Qara Dəniz Terminalı bu ölkənin Anakliya kurort şəhərində Avropada ən uzun piyada körpüsünün tikintisində yaxından iştirak edib. SİA-nın xəbərinə görə, Anakliya və Qanmuxuri bölgələrini birləşdirən və uzunluğu 540 metr olan körpü bu il avqustun 22-də istismara buraxılıb. Gürcüstan Regional İnkişaf və İnfrastruktur Nazirliyinin məlumatına görə, körpü cari ilin payızında Nyu-York şəhərində keçiriləcək beynəlxalq müsabiqədə nümayiş etdiriləcəkdir. Qeyd edək ki, Kulevi Qara Dəniz Terminalının Gürcüstanda həyata keçirilən sosial-iqtisadi layihələrdə yaxından iştirak etməsi artıq ənənə halını almışdır və ARDNŞ-nin bu müəssisəsi qonşu ölkə ictimaiyyətinin dərin rəğbətini qazanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə