ARDNŞ əməkdaşı “Heydər zirvəsi”ni fəth edənlər sırasındadır

ARDNŞ əməkdaşı “Heydər zirvəsi”ni fəth edənlər sırasındadır
ARDNŞ-nin Neft-qaz emalı və neft-kimya kompleksi layihəsi məsələləri üzrə Departamentinin layihənin normativ təminatı şöbəsinin mütəxəssisi Aleksey Seytlin Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının 5 nəfərlik alpinist qrupunun tərkibində avqustun 20-dən 22-dək Qızıl Qaya massivində yerləşən "Heydər zirvəsi"nə keçirilmiş yürüşdə iştirak edib. Alpinistlər 3763 metr hündürlüyə qalxaraq ümummilli lider Heydər Əliyevin barelyefini ziyarət etmiş, zirvəyə Azərbaycan Respublikasının və ARDNŞ-nin bayrağı sancıb. SİA-nın xəbərinə görə, bu ARDNŞ əməkdaşının "Heydər zirvəsi"nə ilk yürüşü deyil. 1996-cı ildən alpinizmlə məşğul olan Aleksey Seytlin hələ 1998-ci ildə ümummilli lider Heydər Əliyevin 75 illik yubileyi ərəfəsində Prezident Qvardiyasının və Xüsusi təyinatlı qrupun əsgərləri ilə birlikdə Böyük Qafqaz dağlarının Qızıl Qaya silsiləsində yerləşən bu zirvəni fəth edərək, oraya Ulu öndərin bürüncdən hazırlanmış barelyefinin vurulmasında iştirak edib. Məhz həmin yürüşdən sonra Azərbaycan höküməti zirvəyə "Heydər zirvəsi" adının verilməsini rəsmiləşdirib.

Bütün xəbərlər Facebook səhifəmizdə