Yaltada iqtisadi əməkdaşlıq məsələlərinin müzakirə olunacağı növbəti Beynəlxalq Qara Dəniz İqtisadi Forumu keçiriləcək. SİA-nın xəbərinə görə, Azərbaycanın da iştirak edəcəyi toplantıda Qara dəniz ölkələrinin iqtisadi əməkdaşlığının kəskin problemləri, xüsusən kənd təsərrüfatı sahəsində əməkdaşlığın genişləndirilməsi üçün regionlararası və beynəlxalq qrupların yaradılması müzakirə ediləcək.
Forumda sanatoriya müəssisələrinin yaradılması, turizmin inkişaf etdirilməsi ilə bağlı regionlararası və beynəlxalq əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılacaq. Toplantıda müxtəlif ölkələrdən 150 nümayəndənin iştirakı gözlənilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB