“Günəşli” yatağında yüksək hasilatlı quyu istismara verilib

“Günəşli” yatağında yüksək hasilatlı quyu istismara verilib
"Günəşli" yatağındakı 11-ci özüldən 52 nömrəli quyu qazmadan sonra istismara verilib. SİA-nın xəbərinə görə, "SOCAR-AQŞ" Müştərək Müəssisəsi tərəfindən Qirməki Üstü Qumlu Lay dəstəsinə qazılan quyu sutkada 190 min kubmetr qaz, 14 ton kondensat hasilatı ilə işləyir. Qeyd edək ki, 52 nömrəli quyu "SOCAR-AQŞ"-nin bu il ərzində "28 May" NQÇİ-yə təhvil verdiyi sayca 6-cı quyudur.

Bütün xəbərlər Facebook səhifəmizdə