İstehlak bazarında yararsız mallar aşkar edilib

İstehlak bazarında yararsız mallar aşkar edilib

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən keçirilən növbəti monitorinqlər zamanı

Bakının Nəsimi rayonunda

- S.Əskərova küçəsi, ev 203, mənzil 5 ünvanında Abuş Göyüşova məxsus mağazada;

- R.Behbudov küçəsi, ev 14 ünvanında Qoşqar Qarayevə məxsus mağazada;

- A.Mustafayev küçəsində \"Körpü market\"də, \"Üç qonaq\" kafesində və Lətif Mehdizadəyə məxsus mağazada;

- 4-cü mikrorayon, 7-ci Binəqədi küçəsində Veyis Seydəliyevə məxsus mağazada;

Nizami rayonunda

- Q.Qarayev prospekti, ev 107, mənzil 1 ünvanında Eldəniz Məmmədova məxsus mağazada;

- B.Nuriyev küçəsindəki \"Məhəllə market\"də, \"Elgün market\"də, Tapdıq Əzimova və Yasər Mirzəyevə məxsus mağazalarda;

Daşkəsən rayonunda

- T.İsmayılov küçəsi, ev 3 ünvanında Kazım Məmmədova məxsus mağazada;

Şirvan şəhərində

- İbrahimov küçəsində Azad Qarayevə məxsus mağazada;

Masallı şəhərində

- M.C.Talışxanov küçəsində Seyran Nurullayevə məxsus mağazada;


ümumi çəkisi 210 kq-dan artıq olan saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan ərzaq malları aşkar olunmuş, satışdan çıxarılaraq məhv edilib. SİA-nın xəbərinə görə, qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaqdır.

Bütün xəbərlər Facebook səhifəmizdə