Dünya Bankı ilə Azərbaycanın Dövlət Gömrük Komitəsi arasında əməkdaşlığın perspektivləri müzakirə edilib
Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev Dünya Bankının yüksək səviyyəli eksperti, professor Simon Komanderin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. SİA-nın məlumatına görə, komitə sədri Dünya Bankı ilə Dövlət Gömrük Komitəsi arasındakı əlaqələrdən məmnunluqla söhbət açıb, əməkdaşlığın perspektivlərindən danışıb. Azərbaycan Dövlət Gömrük Komitəsinin keçdiyi inkişaf yolu barədə ətraflı məlumat verib.
Azərbaycanda biznes mühitinin yaxşılaşdırılması istiqamətində mühüm işlərin görüldüyünü vurğulayan A.Əliyev Dünya Bankının Beynəlxalq Maliyyə Korporasiyasının birgə hazırladıqları, dünya ölkələri üzrə biznes mühitinin qiymətləndirilməsini aparan "Doing business" hesabatına münasibətini açıqlayıb, gömrük sisteminə aid bəzi məqamlarla razılaşmadığını, mövcud anlaşılmazlıqların qarşılıqlı müzakirələr nəticəsində aradan qaldırılacağına ümidvar olduğunu bildirib, əsl gerçəklikləri konkret faktlarla qonaqların diqqətinə çatdırıb.
Simon Komander respublikamızın hərtərəfli inkişafının onda xoş təəssüratlar yaratdığını bidirib. Azərbaycanın Dünya Bankı ilə əməkdaşlığını yüksək qiymətləndirən qonaq xüsusilə qeyri-neft sektorunun inkişafı ilə bağlı əlaqələrin daha da genişləndirilməsinin vacibliyini qeyd edib. Təmsil etdiyi qurumun respublikamızın gömrük sisteminə faydalı ola biləcək istənilən sahədə əməkdaşlığa hazır olduğunu bildirib.
Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB