Neftin qiyməti ucuzlaşıb
Avqustun 13-də Londonun ICE Futures əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində Brent markalı neftin sentyabr fyuçerslərinə olan dəyəri 0,48 dollar azalaraq 107,54 dollar təşkil edib. SİA-nın məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında WTI markalı neftin avqust fyuçerslərinə olan qiyməti də azalıb. Belə ki, WTI markalı neftin bir bareli 0,34 dollar azalaraq 82,89 dollar olub.

Bütün xəbərlər Facebook səhifəmizdə